...

Rusiya XİN müavini: Bizim üçün Azərbaycanın mövqeyini bilmək çox mühümdür

Siyasət Materials 25 İyul 2007 20:48 (UTC +04:00)
Rusiya XİN müavini: Bizim üçün Azərbaycanın mövqeyini bilmək çox mühümdür

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/Regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün çərşənbə günü Rusiyanın xarici işlər nazirinin müavini Sergey Kislyak Azərbaycana gəlib.

Kislyak hava limanında jurnalistlərə bildirib ki, səfərin məqsədi iki dövlət arasında növbəti məsləhətləşmələrin aparılmasıdır. "Biz gündəlikdə olan geniş məsələlər dairəsini müzakirə edəcəyik. Bizim üçün Azərbaycanın mövqeyini bilmək və yaxşı başa düşmək çox mühimdir", - deyə nazir müavini qeyd edib.

Daha öncə Rusiyanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, Kislyak Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovla görüşəcək. Azərbaycan və Rusiya arasında regional təhlükəsizlik və gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Sergey Kislyak Bakıda iki gün səfərdə olacaq.

Xəbər lenti

Xəbər lenti