...

Prezident Aparatının şöbə müdiri: "İordaniya Cənubi Qafqazda daha çox Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır"

Siyasət Materials 30 İyul 2007 13:47 (UTC +04:00)
Prezident Aparatının şöbə müdiri: "İordaniya Cənubi Qafqazda daha çox Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır"

İordaniya, Əmman /müx. Trend Y.Hüseynov/ Azərbaycan prezidentinin İordaniyaya rəsmi səfəri iki ölkə arasındakı sıx əlaqələrin inkişafı baxımından çox əhəmiyyətlidir. Bazar ertəsi Trend in Əmmandan xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

Onun sözlərinə görə, İordaniya Cənubi Qafqaz ölkələri arasında ən çox Azərbaycanla münasibətlərin inkişafında və genişləndirilməsində maraqlıdır. "Bu səfər həmin məqsədlərin reallaşması yollarının müəyyənləşdirilməsi nöqteyi-nəzərdən əhəmiyyətlidir" - deyə Məmmədov vurğulayıb.

Azərbaycan prezidentinin İordaniyaya ikigünlük səfəri iyulun 29-da başlayıb. Səfərin ilk günündə həm təkbətək, həm də genişləndirilmiş tərkibdə danışıqlar keçirilib. Dövlət başçısı Kral qəbiristanlığında əklillər qoyub, Əmman Şəhər Meriyasına, kral II Abdullanın Dizayn və İnkişaf Bürosuna və İordaniya Universitetinə baş çəkib. Bu ali təhsil ocağında İlham Əliyevə siyasi elmlər doktoru fəxri adı verilib.

Səfərin ikinci günündə, yəni iyulun 30-da prezident Qalaya baş çəkib, habelə arxeoloji muzeydə, Herkulesin heykəli yerləşən rayonda, Bizans kilsəsi və məsciddə olub. Bununla da prezidentin İordaniyaya səfəri başa çatıb.

Bazar günü keçirilən danışıqların yekunlarına əsasən, Azərbaycan prezidenti Əliyevlə İordaniya kralı II Abdulla arasında dörd sənəd imzalanıb. Konkret olaraq bunlardan biri təhsil, elm, mədəniyyət, incəsənət, gənclər və idman, səhiyyə və KİV (2007-2009-cu illər) sahəsindəki əməkdaşlığa dair hökumətlərarası protokoldur. İkinci sənəd isə Bakı İcra Hakimiyyəti ilə Əmmanın Ali Bələdiyyəsi arasındakı dostluq və əməkdaşlıq protokoludur. Azərbaycanla İordaniya həmçinin iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın və iki ölkə arasında İşgüzar Şuranın yaradılması haqda protokol imzalayıblar.

Xəbər lenti

Xəbər lenti