...

Azərbaycan prezidenti bu il Tacikistana bir daha səfər edəcək

Siyasət Materials 31 İyul 2007 14:21 (UTC +04:00)
Azərbaycan prezidenti bu il Tacikistana bir daha səfər edəcək

Azərbaycan, Bakı, /müx. Trend S.Ağaeva/ Müstəqil Dövlətlər Birliyininə MDB) üzv olan ölkələrin rəhbərləri oktyabrın 5-də birliyin Hökumət Başçıları Şurasının növbəti yığıncağında iştirak etmək məqsədilə Tacikistan paytaxtı Düşənbəyə toplaşacaqlar.

Çərşənbə axşamı MDB-nin İcra Komitəsindən verilən məlumata görə, Dövlət Başçıları Şurasının görüşündən əvvəl oktyabrın 4-də Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının yığıncağı keçiriləcək.

MDB-nin İcra Komitəsinin tədbirlər planına həmçinin sentyabrın 14-də Moskvada İqtisadi Şuranın növbəti yığıncağının keçirilməsi daxildir.

Yaxın zamanlarda Birlik hökumətlərinin ekspertləri keçiriləcək üç yığıncağ üçün gündəliyin hazırlanmasına başlayacaqlar.

Azərbaycan prezidenti İlham Əliyev bu ilin mart ayında Tacikistana rəsmi səfər edib və Tacikistan prezidenti İmaməli Roxmanovun Azərbaycana cavab səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti