...

Prezidentin Fərmanı ilə Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu yaradılıb

Siyasət Materials 6 Avqust 2007 21:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Prezidentinin şənbə günü Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında fərman imzalayıb.

Prezident Əliyev tərəfindən imzalanmış sənəddə Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılması və Mədəniyyət və Turizm Nazirliyinin mərkəzləşdirilmiş xərclərində nəzərdə tutulması göstərilib.

Sənəd bir il müddətinə yaşlı nəsil üçün ayda 300 manat verilməsini nəzərdə tutur. Bunların sırasında 50 yazıçı, 50 rəssam, 30 bəstəkar var. Gənc nəsil üçün bir il müddətinə ayda 200 manat olmaqla 20 yazıçı, 20 rəssam və 10 bəstəkara xüsusi təqaüd veriləcək.

Xəbər lenti

Xəbər lenti