...

Azərbaycan prezidenti ABŞ dövlət katibinin müşavirini qəbul edib

Siyasət Materials 16 Avqust 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Bakıda səfərdə olan ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə müşaviri, Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın həmsədri Deniel Sallivanı qəbul edib.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat və energetika sahəsindəki inkişafı vurğulanıb.

Prezident Əliyev ümidvar olduğunu bildirib ki, bu səfər Azərbaycanla ABŞ arasındakı iqtisadi əlaqələrin gələcək inkişafına öz töhfəsini verəcək. Sallivan isə Azərbaycanla ABŞ arasında enerji təhlükəsizliyi sahəsindəki tərəfdaşlıq haqda imzalanan Memorandumun vacibliyini və müvafiq sahədə iqtisadi əməkdaşlığın önəmliliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti