...

Azərbaycan prezidenti Almaniyanın keçmiş dövlət katibini qəbul edib

Siyasət Materials 20 Avqust 2007 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan ilə Almaniya arasında münasibətlərin uğurlu inkişafı prezident İlham Əliyevlə Almaniya Federativ Respublikasının keçmiş dövlət katibi, Almaniya-Azərbaycan forumunun sədri Otto Hauzerin rəhbərlik etdiyi nümayəndə heyətinin bazar ertəsi Prezident sarayındakı görüşündə qeyd olunub.

Prezident Əliyev Almaniya nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verəcəyini ümidvar olduğunu bildirib.

Hauzer Almaniyanın Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat və energetika sahəsində əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq bu münaqişənin sülh yolu ilə ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti