...

Prezident Mahmud Əhmədinejad: "İranın inkişafı Azərbaycanın da inkişafı deməkdir"

Siyasət Materials 21 Avqust 2007 19:53 (UTC +04:00)
Prezident Mahmud Əhmədinejad: "İranın inkişafı Azərbaycanın da inkişafı deməkdir"

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ İranın inkişafı Azərbaycanın da inkişafı deməkdir. Bunu çərşənbə axşamı geniş tərkibdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə İran prezidenti Mahmud Əhmədinejad bəyan edib. O qeyd edib ki, İran və Azərbaycan ümumi mədəni və tarixi köklərə malikdirlər.

İran Prezidenti bu gün Azərbaycana rəsmi səfər edir.

"Azərbaycan və İranın əməkdaşlığı üçün heçbir məhdudiyyət ola bilməz", - deyə o görüşdə bildirib.

Onun sözlərinə görə, İran Azərbaycanın inkişafında, həmçinin təhlükəsizliyinin təmin olunmasında maraqlıdır.

"Biz ikitərəfli əməkdaşlığımızı genişləndirməyə çalışırıq və bunun üçün potensialımız var", - deyə İran rəhbəri bildirib.

Öz növbəsində İlham Əliyev qeyd edib ki, İranla əməkdaşlıq siyasi, iqtisadi və mədəni baxışlara toxunur və Mahmud Əhmədinejadın Azərbaycana ilk rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək.

"Azərbaycan və İran arasında dostluq əlaqələri çox güclüdür və iki ölkənin bütün istiqamətlərdə yanaşması vahiddir", - deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti