...

Azərbaycan prezidentini ölkədəki sosial vəziyyət hələlik qane etmir

Siyasət Materials 23 Avqust 2007 12:12 (UTC +04:00)
Azərbaycan prezidentini ölkədəki sosial vəziyyət hələlik qane etmir

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Son üç ildə Azərbaycan dünyada ən dinamik inkişaf edən iqtisadiyyata malik ölkəyə çevrilib. Bunu cümə axşamı Neftçala rayonu ictimaiyyəti qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bölgənin ən aparıcı ölkəsinə çevrilib və bu reallığı hamı qəbul edir.

Prezidentin sözlərinə görə, üç ildə ölkənin büdcəsi xeyli artıb, Azərbaycanın iqtisadi gücü isə indi qarşıya qoyulan bütün vəzifələri yerinə yetirmək imkanı verir. Son illərdə yoxsulluq səviyyəsinin 49 faizdən 20 faizədək azaldığını deyən prezident Əliyev qeyd edib ki, ölkədə ümumiyyətlə kasıbların olmamasını istəyir. "Hələlik ölkənin sosial durumu məni qane etmir" -deyən prezident gələcəkdə hökumətin ölkədəki yoxsulluq səviyyəsinin azaldılması məsələsinə daha çox diqqət yetirəcəyini vurğulayıb.

Dövlət başçısı həmçinin hökumətin sahibkarlara dəstək verməsini önə çəkərək onların hər il dövlətdən $100 mln. yaxın yardım aldıqlarını bildirib. Prezident Əliyev həmçinin qeyd edib ki, qarşıdakı illərdə Azərbaycanda məvaciblər və müavinətlər artacaq.

Neftçala rayonuna səfəri çərçivəsində prezident "Xalq Bank"ın filialının açılışında iştirak edib, M.Səfərov adına məktəb-internata və şahmat məktəbinə baş çəkib.

Bölgəyə səfər çərçivəsində dövlət başçısı həmçinin Hacıqabul və Ələtdə olacaq. Onun bir sıra sosial obyektlərin açılışında iştirakı planlaşdırılır.

Neftçala rayonu Bakıdan 180 kilometr məsafədə yerləşir. Rayonun ərazisi 1,45 min kv.km, əhali isə 74 min nəfərdir.

Xəbər lenti

Xəbər lenti