...

Fövqəladə Hallar Nazirliyinin hərbçiləri yeni forma geyinəcək

Siyasət Materials 28 Avqust 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi qulluqçularının hərbi geyim forması, xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında əsasnamənin və onun təsfirlərinin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, Nazirlər Kabineti bir ay ərzində nazirliyin hərbi qulluqçularının hərbi geyim forması, xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanlarının təchizat normasını müəyyən etməlidir.

FHN ötən ilin fevralında təsis edilib.

Xəbər lenti

Xəbər lenti