...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozublar"

Siyasət Materials 28 Avqust 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri bazar ertəsi və çərşənbə axşamı günlərinin müxtəlif saatlarında arəşkəsi pozublar. Bu barədə çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələri bazar ertəsi saat 20.40-dan 21.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini snayperlərdən və avtomatlardan atəşə tutublar. Onlar həmçinin çərşənbə axşamı Azərbaycanın Ağdam rayonunun Çıraqlı, Tərtər rayonunun Karmiravan və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Atəşkəsin pozulması zamanı itki qeydə alınmayıb, düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti