...

Müxalifətin Demokratik Seçki Forumunun yaradılması təklif olunur

Siyasət Materials 29 Avqust 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" bloku bütün müxalifət qurumlarının təmsil olunduğu Demokratik Seçki Forumunun yaradılmasını təklif edir. Bu barədə çərşənbə günü Trend ə "Bizim Azərbaycan" blokundan məlumat verilib.

Blokun sədri Vüqar Bəyturan bildirib ki, gələn ilki prezident seçkilərinin demokratik keçməsinə nail olmaq üçün müxalifətin geniş birliyinə ehtiyac var. Onun fikrincə, parçalanmış şəkildə olan müxalifət iqtidarı seçki komissiyalarının tərkibini dəyişdirməyə məcbur edə bilməyəcək.

"Ona görə də biz müxalifətin məşvərət məclisinin, "Azadlıq" blokunun, Demokratiya Uğrunda İttifaqın, "YeS" blokunun "Bizim Azərbaycan" bloku və "Azərbaycan Yolu" Siyasi Hərəkatı ilə bir araya gəlməsini, vahid Demokratik Seçki Forumunun yaradılmasını təklif edirik"-deyə Bəyturan bildirib.

O, əlavə edib ki, indiki şəraitdə müxalifətin vahid namizədi məsələsi də bu düşərgənin parçalanmasına xidmət edir. Ona görə vahid namizəd kimi məsələləri bir kənara qoymaq, bütün müxalifət qüvvələrini əhatə edən geniş birlik yaratmaq lazımdır.

"Bizim Azərbaycan" blokunda müxalifətyönlü səkkiz partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti