...

Çərşənbə axşamı Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından daha bir cəsəd çıxarılıb – Əlavə olunub

Siyasət Materials 30 Avqust 2007 13:15 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından daha bir cəsəd çıxarılıb – Əlavə olunub

Azərbaycan, Bakı / Trend / İ.Əlizadə/ Trend in müxbirinin hadisə yerindən verdyi məlumata görə, çərşənbə axşamı Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından daha bir cəsəd çıxarılıb. Mərhumun şəxsiyyəti dəqiqləşdirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri hesab edir ki, 16 mərtbəli binanın dağıntıları altında hələ də sağ insanlar ola bilər. Bu barədə jurnalistlərə cümə axşamı nazirliyin xilasetmə xidmətinin rəisi Cahangir Qulamov məlumat verib.

Onun sözlərinə görə, belə dağıntılar altında sağ qalma ehtimalı 72 saatdır. FHN-nin nümayəndəsi binanın dağıntıları altında qalan insanların dəqiq sayını göstərməkdə çətinlik çəkib. Onun fikrincə, hadisə zamanı binanın yaxınlığında yerləşən vətəndaşların da qurbana çevrilə bilməsi ehtimalı var.

Bu gün səhər binanın dağıntıları altında qalan daha iki nəfərin cəsədinin yeri müəyyənləşdirlib.

Avqustun 28-də çərşənbə axşamı Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində yerləşən 16 mərtəbəli bina uçub. İlkin məlumatlara əsasən, binanın uçmasının səbəbləri tikinti zamanı təhlükəsizlik qaydalarının kobud pozulması olub. Son rəsmi məlumatlara görə, qalıqlar altından çıxarılan həlak olmuş insanların sayı 11-ə çatıb.

Fövqəladə Hallar Nazirliyi ilə Bakı şəhər icra hakimiyyəti "Mütəfəkkir" şirkəti tərəfindən inşa edilən üç binada yoxlamalara başlayıblar. Çərşənbə axşamı Bakıda uçan 16 mərtəbəli bina sözügedən şirkət tərəfindən inşa olunmuşdur. Bu barədə cümə axşamı Yasamal rayonu icra hakimiyyəti rəhbərinin müavini Səməd İslamov məlumat verib.

İcra hakimiyyətinin nümayəndəsinin sözlərinə görə, yoxlanılacaq binalar "Mütəfəkkir" şirkəti tərəfindən Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində, uçan binanın yaxınlığında yerləşir. İslamov dəqiq ünvanları açıqlamaqdan imtina edib.

Eyni zamanda, yaxınlıqda "Afina" MTK şirkəti tərəfindən inşa etdirilən binaların yoxlanılması həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti