...

Azərbaycan XİN-in rəhbəri Brüsseldən Xorvatiyaya yola düşəcək

Siyasət Materials 3 Sentyabr 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin perspektivləri Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarovun sentyabrın 5-6-da Zaqrebə rəsmi səfəri zamanı müzakirə olunacaq.

Məmmədyarovun Xorvatiya prezidenti Stipe Mesiç, xarici işlər naziri Kolind Xabar-Kiratovij, həmçinin Xarici İqtisadi Palatanın rəhbəri və ölkənin iqtisadiyyat, əməkdaşlıq və sahibkarlıq naziri ilə görüşləri planlaşdırılıb, bu barədə bazar ertəsi Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

İbrahimin sözlərinə görə, görüşlərdə hər iki tərəfi maraqlandıran məsələlər, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq və beynəlxalq vəziyyətlə bağlı məsələlər müzakirə olunacaq.

Məmmədyarov AB-nin Yeni Qonşuluq Siysəti çərçivəsində keçirdiyi konfransda iştirakından sonra Brüsseldən Xorvatiyaya yola düşəcək.

Xəbər lenti

Xəbər lenti