...

"Azadlıq" bloku Azərbaycanda demokratiya və insan haqlarının vəziyyətinə dair sənəd hazırlayır

Siyasət Materials 6 Sentyabr 2007 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Azadlıq" siyasi bloku Azərbaycanda ictimai-siyasi duruma, demokratiya və insan haqlarının vəziyyətinə dair sənəd hazırlayır. Bu barədə cümə axşamı Trend ə blokun həmsədri Əli Əliyev məlumat verib.

Blokun Sədrlər Şurasının bu gün keçirlən toplantısında həmin sənəd müzakirə edilib. Əliyevin sözlərinə görə, sənədin hazırlanması başa çatdıqdan sonra , oktyabrın I yarısınıda ictimai müzakirəsi keçiriləcək, həmçinin ,beynəlxalq təşkilatlara təqdim olunacaq.

Sədrlər Şurası həmçinin "Azadlıq" blokunun bölgələrdə keçirilən zona müşavirələrinin davam etdirilməsinə qərar verib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti