...

Deyirlər ki,toy olacaq?!

Cəmiyyət Materials 11 Sentyabr 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / "TrendLife",müxbir Şahin Cavadsoy/

Sentyabrın 7-də, "Oazis" restoranında 7 yaşını böyük təmtəraqla qeyd edən, ilk pop-qruplardan sayılan "N brothers"in növbəti yubileylərindən yəqin bir çoxlarınız xəbərdarsız. Media mənsublarının dəvətli olmadığı ad günü şöləni, bir növ, kommersiya xarakteri daşıyan məclisi xatırladırdı. Onları təbrikə gələn sənətçilər də çoxluq təşkil edirdi. Bu xəbərimizin isə 7 yaşlı qrupun yaradıcılıq işləri ilə heç bir əlaqəsiı yoxdur. Sadəcə, həmin gün "Emil - N" imzasıyla solo karyerasına start verən eks "N brothers"çi Emil , qəhrəmanlarımdan biri oldu. Onunla tərəf -müqabili qismində şəkil çəkdirmiş bu xanımı da tanıdınız yəqin. "W trio"nun eks solisti Səidə Sultandı. Onların bu cür pozada fotoqraf önündə şəkil çəkdirmələri diqqətimizdən yayınmadı. Hadisənin canlı şahidi olduğumdan, aralarında nələrin yaşandığını birbaşa özlərindən xəbər aldım. Öncə Emil dilləndi: "Səidəni çox istəyirəm. Çox şirindi. Hamı bilir ki, hələ bu gündən sol karyerama başlayıram. Ona görə də sevgi-məhəbbət məsələlərini ikinci plana keçirmişəm. Bəlkə, evlənmək haqqında ciddi fikirləşən zaman, Səidənin gözəlliyini təkrar-təkrar fikrimdə təzələyərəm". Elə bilisiz ki, Səidə Sultan susdu: "Nə var ki burada? Mən də Emili çox istəyirəm. Bilmirəm, mərdimazarlıq etmək kimə xeyir verir axı? Bir də, minnəti olsun Emilin. Məgər məndən artıq qız alacaq?".

Bütün olanları kənardan izləyən Səidənin prodüseri Tolik söhbətə kəskin müdaxilə etdi: "Kim deyir ki, toy olacaq, boş-boşuna ağzını yormasın. Bəli, mən cəmi bir aydır Səidə xanımla işləyirəm. Bu vaxt ərzində ona heç bir qadağa qoymamışam. Razıyam ki, sevib-sevilmək hər bir insanın doğal haqqıdır. Amma Səidənin ailə qurması hələ çox tezdir. İndi biz yalnız layihələr barəsində fikirləşməliyik. Evlənmək qaçmır ki..."

Tolik, son günlərin ən çox danışılan mövzusu- prodüserlər haqda fikirlərini də bizimlə bölüşdü: "Azərbaycanda prodüser çox azdır, disk daşıyanlar yetərincədir. Mən artıq prodüsser adından imtina etmək istəyirəm. Hamı bu peşəyə can atmağa çalışır. Başa düşmürlər ki, prodüserin vəzifəsi disk daşımaqla yekunlaşmır. Zənnimcə, bundan belə mənə təşkilatçı deyəcəklər. Çünki, Bakıda beş iş görən təşkilatçı varsa, onlardan biri də mən özüməm. Yaxınlarda "Lider TV" də efirə yeni layihə çıxacaq. Orada Namiq "N brothers", Zülfiyyə Xanbabayevanın prodüseri Nigar Hacızadə, İzzətlə işləyən Anar Mədətov və mən xüsusi layihə əsasında yeni müğənnilər hazırlayacağıq. Deməli, bu üç ildə mən nəsə nailiyyətə imza atmışam ki, adım bu dördlükdə çəkilir. Bir faktı özəlliklə vurğulamaq istəyirəm ki, Starın prodüseri olmur. Məsələn, Aygün Kazımova, Tünzalə Ağayeva, Röya Ayxanın. Çünki, onlar artıq Stardılar".

"Bilirsən ki, Mədənəyyət və İncəsənət Universitetində belə bir ixtisas var. Təklif gəlsə, o fakultədə müəllim olardın, yoxsa tələbə? Və ya prodüserlərə məsləhətin" suallarını isə Tolik belə cavablandırdı: "Xeyr , müəllim kimi getməzdim. Başımdan yekə danışa bilmərəm. Çünki, mənim özümə dərs deyən lazımdır. Bəziləri elə düşünür ki, mənim kimi, şəxsi həyatlarını açıb - tökməklə gündəmə gələcəklər. Mənim qədər imic qazanacaqlar. Görmürlər ki, mən DİVlərlə işləmişəm? Aygün Kazımova, Röya. Yəni onların mən olmalarına çox var. Mən həmişə işimlə reklam olunmuşam, şəxsi həyatımla yox".

Söhbət Röyanın türk şou-biznesində baş çıxaracağından düşəndə isə, Tolik bunları dedi: "Röya Türkiyənin şou-biznesinə qoşulmaq üçün çox balaca adamdır. Röyaya uğurlar arzulayıram, ən azından, o, mənim dostumdur".

Tolikin Səidənin şəxsi həyatına nə vaxta qədər müdaxilə edəcəyini deyə bilməsək də, görünən bir şey var. O da xanım Sultanın iri addımlarla şou-dünyasında irəliləməsidir.

.

Xəbər lenti

Xəbər lenti