...

Prokuror sabiq iqtisadi inkişaf nazirinə 11 il iş istəyib

Cəmiyyət Materials 14 Sentyabr 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir E.Cavadova/ Prokuror sabiq iqtisadi inkişaf nazirinə 11 il iş istəyib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü keçirilən iclasda dövlət ittihamçılaraı çıxış edərək təqsirləndirilənlərə iş istəyib.

Prokuror sabiq nazirin əmlakı müsadirə olunmaqla 11, qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin isə əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Digər təqsirləndirilənlərə isə müxtəlif müddətlərə şərti cəza verilməsini xahiş edib.

F.Əliyev və digər müttəhimlər vəzifədən sui-istifadədə, rüşvət alma və rüşvət vermədə, dövlət mülkiyyətinin qanunsuz özəlləşdirilməsində və iqtisadi cinayətlərdə təqsirli bilinirlər. Prokurorlar çıxışlarında qeyd ediblər ki, bu iş üzrə 3 aydan artıq davam edən məhkəmə prosesində ittihamın böyük hissəsi sübuta yetirilib.

Xəbər lenti

Xəbər lenti