...

Nazir: "Azərbaycan dövlət hesabına təhsil alan ali məktəb məzunlarının köhnə təyinat sisteminə qayıdır"

Cəmiyyət Materials 14 Sentyabr 2007 15:11 (UTC +04:00)
Nazir: "Azərbaycan dövlət hesabına təhsil alan ali məktəb məzunlarının köhnə təyinat sisteminə qayıdır"

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Yeni tədris ilindən Azərbaycanda dövlət hesabına təhsil alan ali məktəb məzunları 5 il təyinat üzrə işləməli olacaqlar. Bu barədə cümə günü Azərbaycanın təhsil naziri Misir Mərdanov mətbuat konfransında bildirib.

"Belə bir sistem sovet təhsil sistemi zamanında fəaliyyət göstərib. Bu sistemin Azərbaycan təhsil sistemində bərpa olunması ölkənin ayrı-ayrı kənd məktəblərində müəllim çatışmazlığı problemini həll etəməyə imkan verəcək" - deyə nazir bildirib.

Təhsil Nazirliyi tərəfindən üç il əvvəl aparılan monitorinq zamanı məlum olub ki, ölkənin ayrı-ayrı rayonlarının ümumtəhsil məktəblərində yeddi min müəllimə ehtiyac var. Üç il ərzində nazirlik "Ümumtəhsil məktəbələrinin kadr təminatı" dövtət proqramı çərçivəsində bu rəqəmi 3,5 minə endirməyə nail olub. Dövlət proqramı kənd məktəblərində işləyən müəllimlərin sosial problemlərinin həllini, onlara sosial güzəştlərin təqdim olunmasını, əmək haqqının artırılmasını nəzərdə tutur.

Nazirin verdiyi məlumata görə, kadrların yeni təyinat sistemi dövlət hesabına xaricdə təhsil alanlara da şamil olunacaq. Beləliklə, dövlət tələbələrin dünyanın nüfuzlu universitetlərində təhsilini öz öhdəsinə götürəcək. Bu tədris ilindən etibarən fəaliyət göstərən beşillik proqram beş il ərzində 5 min Azərbaycan gəncinin xaricdə təhsil almasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti