...

"Neftçi"nin hücumçusu Azərbaycan çempionatının bombardirlər mübarizəsində liderliyini möhkəmləndirib

Cəmiyyət Materials 17 Sentyabr 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Neftçi"nin hücumçusu Branimir Subaşiç Azərbaycan çempionatının bombardirlər mübarizəsində liderliyini möhkəmləndirib.

"Standart"a qarşı ev oyununda meydan sahibi 3-1 hesabı ilə qalib gəlib. Bu, "Neftçi"nin çempionatda keçirdiyi 6-cı oyunu olub.

Oynanılan 6 turdan yalnız "İnter"ə qarşı keçirilən və 0-0 hesabı ilə başa çatan oyunda o, fərqlənə bilməyib. Digər 5 oyunun hamısında hücumçu rəqib qapıçılarını məyus edib. Bununla belə, onun rəqibi qismində olan "Simurq"lu Vladimir Məzyar, "Xəzər"dən olan Yakuba Bamba və "Karvan"nın nümayəndəsi Suleyman Kamara Subaşiçdən iki top geri qalırlar.

Kamara qol ehtiyatını Yevlaxda "Gənclərbirliyi" ilə keçirilən və 2-1 hesabı ilə başa çatan oyunda artıra bilib.

Xəbər lenti

Xəbər lenti