...

Azərəbaycan güləşçisi Rövşən Bayramov bürünc medal şansını saxlayır

Cəmiyyət Materials 17 Sentyabr 2007 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Yunan-roma güləşi üzrə Azərbaycan güləşçisi Rövşən Bayamov ( 55 kq) H.Əliyev adına İdman-Konsert Kompleksində keçirilən dünya çempionatının bürünc medalını əldə etmək şansını saxlayır.

Trend in məlumatına görə, Koreyalı Yun-Çol-Parka məğlub olmasına baxmayaraq, xalça sahibi turnir cədvəli üzrə yuxarıya doğru irəliləməyi davam etdirir. Belə ki, onun məğlub olduğu asiyalı rəqib müvəffəqiyyətlə finala çatıb. Odur ki, Rövşən təsəlliverici döyüşdə uğurlu mübarizə sayəsində mundialın "Bürünc" medalını qazana bilər. Eyni zamanda, Vitali Rəhimov ( 60 kq) üçüncü yer uğrunda mübarizə aparmaq şansını itirib. Çünki, onun elə ilk döyüşdə məğlub olduğu Koreyalı Cu-Xyun-Junq finala vəsiqə qazana bilməyib.

Həmçinin, həlledici döyüşdə Afina Olimpiya çempionunun rəqibi yarımfinalda ermənistanlı Armen Adikyan üzərində qələbə qazanan Stiv Jjeno olacaq.

Xəbər lenti

Xəbər lenti