...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi vəkillərin çıxışı ilə davam edib

Cəmiyyət Materials 21 Sentyabr 2007 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsi vəkillərin çıxışı ilə davam edib.

Günün birinci yarısı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun sabiq icraçı direktoru Qədir Hüseynovun vəkili Yunis Vəliyev və Dövlət Gömrük Komitəsinin Enerji-gömrük İdarəsinin "Liman" gömrük postunun keçmiş rəisi Əlixan Paşayevin vəkili Eldəniz Məmmədov çıxış edib. Hər iki vəkil təqsirləndirilənlərə qarşı ittihamların məhkəmə istintaqında sübuta yetirilmədiyini bildirərək, onlar barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Qeyd edək ki, bu şəxslər vəzifədən sui-istifadə və rüşvət alma maddələri ilə təqsirli bilinirlər.

Xəbər lenti

Xəbər lenti