...

Müğənni Nüşabə Ələsgərli: "Geyimimə bacılarım, qonşularım, gözəllik salonundan olan qızlar diqqət yetirirlər"

Cəmiyyət Materials 27 Sentyabr 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /müx. "TrendLife" Əli Dərviş/ Qadının təbiəti fəth etməkdən, təəccübləndirmək və heyran etməkdən ibarətdir. Özünün şəxsi sirləri ilə müğənni Nüşabə Ələsgərli "TrendLife"la bölüşdü: "Bir bilsəydiniz, mən qızılı necə sevirəm. Düzdür, bijuteriyanı da çox sevirəm, lakin dərim həssas olduğu üçün gümüş məmulatlar taxa bilmirəm. Məhz buna görə də həmişə gümüşə bənzər ağ qızıl alıram".

Müğənni həmçinin geyimləri barədə də danışdı: "Qarderobum köhnəlmiş səhnə geyimləri ilə doludur. Onlara çox pul xərcləmişəm. Ən bahalısını 2000 dollara almışdım. O vaxtlar həmin pula bir otaqlı ev almaq olardı. İndi bilmirəm onları neyləyim. Yaxınlarım məsləhət bilirlər ki, onları hərraca qoyum, yığılan pula isə yeni libaslar alım. Lakin mənim üçün soğan olsun, nağd olsun. Axı kim bu köhnəlmiş paltarları alar? Gündəlik geyimimə isə bacılarım, qonşularım, gözəllik salonundan olan qızlar diqqət yetirirlər".

Xəbər lenti

Xəbər lenti