...

Rusiya AzTV-nin yayımının maliyyələşdirilməsindən imtina edib

Cəmiyyət Materials 28 Sentyabr 2007 11:48 (UTC +04:00)
Rusiya AzTV-nin yayımının maliyyələşdirilməsindən imtina edib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Telekanalların qarşılıqlı yayımı ilə bağlı Rusiya AzTV-nin yayımının maliyyələşdirilməsindən imtina edib. Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev cümə günü Trend ə bildirib ki, Rusiyanın təqdim etdiyi texniki müqavilədə AzTV-nin yayımının maliyyələşdirilməsi məsələsi əksini tapmayıb.

Azərbaycan Teleradio Yayım Şurası yanvarın əvvəlində Rusiyanın "RTR-Planeta" kanalının iyul ayının 10-dan etibarən Azərbaycanda yayımının dayandırılması barədə qərar verib. "RTR- Planeta"nın yayımı Rusiya tərəfinin müraciətindən sonra və Azərbaycan telekanalının Rusiyada yayımı şərtilə uzadılıb. Qarşılıqlı yayım üzrə yaradılmış İşçi qrupun üzvləri artıq iki görüş keçirib və ikitərəfli yayıma dair ilkin layihə razılaşdırılıb. Ümumi razılığın əldə olunması üçün texniki müqavilələr hazırlanırdı. Azərbaycan tərəfi texniki müqaviləni iki ay öncə təqdim edib. Teleradio Şurasının sədri bir neçə dəfə bəyan edib ki, ümumi razılıq əldə olunmasa, "RTR-Planeta"nın Azərbaycanın milli tezliyində yayımı dayandırılacaq. Azərbaycan tərəfi hesab edir ki, "RTR-Planeta" ölkədə yayımlandığı ərazi boyda, AzTV də Rusiyanın həmin ərazisi boyda yayımlanmalıdır. Azərbaycan "RTR-Planeta"nın yayımının maliyyələşdirilməsini üzərinə götürüb.

Cəbiyev bildirib ki, MTRŞ öz iradlarını qeyd etməklə Rusiyanın təqdim etdiyi texniki müqavilə ilə bağlı rəyi hazırlayıb və baş nazirin müavini Yaqub Eyyubova təqdim edib.

Xəbər lenti

Xəbər lenti