Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Gələn ilin sonuna qədər dünyada yaşayan azərbaycanlıların sayı və məskunlaşma coğrafiyasını əks etdirən xəritənin hazırlanması planlaşdırılır. Bu barədə Trend ə, Xarici Ölkələrdə Yaşayan Azxərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dünyada yaşayan Azərbaycan diasporu ilə dövlət səviyyəsində iş aparılması üçün eks-prezident mərhum Heydər Əliyevin fərmanı ilə, 2002-ci il iyulun 5-də Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Hazırda dünyanın əksər ölkəsində ümumilikdə 300-dən çox Azərbaycan icması fəaliyyət göstərir. Dünyada yaşayan azərbaycanlıların sayı ilə bağlı isə fərqli məlumatlar mövcuddur. Dövlət Komitəsindən alınan məlumatda dünyanın 43 ölkəsində yaşayan azərbaycanlıların statistikası verilib. Bu məlumata görə, Azərbayan Respublikası istisna olmaqla, 43 ölkədə azərbaycanlıların ümumi sayı rəsmi məlumatlara əsasən 23 milyon, qeyri-rəsmi məlumatlara görə 36 milyon 425 min nəfərdir.
Azərbaycanlıların sayı barədə statistika YUNESKO-nun hesabatı, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin apardığı araşdırmalar, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin verdiyi məlumatlar və Dünya Azərbaycanlılarının I Qurultayının Hesabat məruzəsi əsasında hazırlanıb. Bəzi beynəlxalq təşkilatların və xarici ölkələrdə fəaliyyət göstərən qeryi-hökumət təşkilatlarının hesabatlarında İrandan köçmüş miqrantların bir hissəsinin digər millətləri təmsi etmələrinə baxmayaraq azərbaycanlı kimi qeydə alınması azərbaycanlıların dəqiq sayını müəyyənləşdirməkdə çətinlik yaradır.
Buna baxmayaraq, Dövlət Komitəsi hazırda Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə dünyada yaşayan azərbaycanlıların sayının dəqiqləşdirilməsi istiqamətində iş aparır.
Dünya Azərbaycanlıları Konqresinin (DAK) təqdim etdiyi statistik məlumatlar isə fərqlidir. DAK 67 ölkənin təsnifatını aparıb və onun məlumatına görə, dünya azərbaycanlılarının sayı 50 milyonu keçib. Onların siyahısı aşağıdakı kimidir:
ABŞ-1.000.000 nəfər azərbaycanlı, Avstraliya-8.000, Avstriya-19.000, Albaniya-12.000, Argentina-12.000, Əlcazair-260.000, Əfqanıstan-50.000, Banqladeş-175.000, Belçika-13.000, Birma- 8.000, Bolqarıstan-65.000, Braziliya-75.000, Butan-1500, Böyük Britaniya-170.000, Macarıstan-27.000, Yunanıstan-13.000, Danimarka-60.000, Misir-900.000, Hindistan-300.000, İndoneziya-44.000, İordaniya-450.000, İraq-1.000.000, İran-30.000.000, İrlandiya-4.000, İspaniya-14.000, İtaliya-33.000, Yəmən Ərəb Respublikası- 62.000, Kanada-170.000, Çin- 30.000, Küveyt-19.000, Malta-2500, Meksika-27.000, Monqolustan-5.000, Norveç-50.000, Birləşmiş Ərəb Əmirlikləri-55.000, Omman-19.000, Pakistan-650.000, Polşa- 12.000, Portuqaliya-7.000, Rumıniya- 45.000, Səudiyyə Ərəbistanı- 40.000, Suriya- 95.000, Sudan-17.000, Türkiyə-3.000.000, Finlandiya-12.000, Fransa-70.000, Almaniya-300.000, Çexiya-2.000, Slovakiya- 2.000, İsveç-2.000, Yuqoslaviya-6.000, Yaponiya- 10.000, Ukrayna-500.000, Belarus-7.000, Rusiya Federasiyası-3.000.000, Özbəkistan-60.000, Qazaxıstan-100.000, Gürcüstan-600.000,
Litva- 2.000, Moldova-5.000, Latviya- 4.000, Qırğızıstan-16.000, Tacikistan- 14.000, Türkmənistan-45.000, Estoniya- 3.000, Azərbaycan Respublikası- 8.000.000.