Azərbaycan, Bakı / Trend , E.Hüseynli/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov oktyabrın 4-5-də BMT-nin Baş Assambleyasının "Dinlər və mədəniyyətlərarası anlaşma və sülh naminə əməkdaşlıq" mövzusunda keçirilən dəyirmi masada iştirak etmək üçün, çərşənbə günü Nyu-Yorka səfər edib, komitənin mətbuat xidmətindən Trend ə bildirilib.
Orucov 120-dən çox ölkənin nümayəndələrinin qatıldığı toplantıda Azərbaycanda dini vəziyyətlə bağlı çıxış edəcək.
Komitə sədri səfəri çərçivəsində İslam Konfransı Təşkilatının Baş katibi Ekmeləddin İhsanla, YUNESKO-nun nümayəndəsi Yelena-Mariya Qosselnlə ikitərəfli görüşlər keçirəcək.