...

Vaqif Gərayzadə yeni layihəsini təqdim edəcək

Cəmiyyət Materials 3 Oktyabr 2007 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Milli şou-dünyasında hamı bəstəkar Vaqif Gərayzadəni "ulduz kəsən" və "ulduz istehsal" edən "fabrik"in rəhbəri kimi qəbul edir. Bu adı həqiqətən doğruldan bəstəkarın özü isə belə pafoslu təqdimatla heç cürə razılaşmır. TrendLife-a danışan bəstəkar , "nömrəbir"liyin sirlərini qismən belə formada çözdü: "Bilirsiz, "ulduz" olmaq indiki zamanda çox asan görünür. Amma zirvəyə qalxmaq da, enmək də bir anın içində baş verir. O ki. qaldı əsl sənətə, deyim ki, müğənni gərək sənətçi kimi doğulsun. Əgər o istedad, bu istəkdə olan insanlarda anadangəlmə yoxdursa, demək, qəbr evinədək onlar əsla uğur qazamayacaqlar. Deməzdim ki. mən "ulduz" istehsal etmişəm. Sadəcə, bir balaca istedadı olanlara yol göstərmişəm. Kimlikləri isə, hamıya məlumdur".

Gərayzadə yeni prodakşn açacağı xəbərini də eksklüziv olaraq bizimlə bölüşdü: "Sevilən hitləriylə tanınan həmkarım Aytən İsmixanova ilə yeni bir prodakşn açmağı düşünürük. Öncədən demək istəmirəm, yaradıcılıq fəaliyyətimiz hansı istiqamətdə köklənəcək. Lakin təvazökarlıqdan uzaq olsa da, söyləyirəm ki, əgər sənətini qiymətləndirməyi bacara bilən iki bəstəkarın müştərək işi olacaqsa, deməli, maraqlı layihə üzə çıxacaq. Səbr etsəz, yaxın günlərdə daha ətraflı məlumat alarsınız".

Xəbər lenti

Xəbər lenti