...

Azərbaycanda fantastik filmlər çəkiləcək?

Cəmiyyət Materials 5 Oktyabr 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /müx. Eldar Hüseynzadə/ "Yeni dalğa" prodüser mərkəzində hazırda fantastik filmlərin çəkilməsi barədə layihə işlənilir. Bu haqda "TrendLife"a mərkəzin direktoru Rasim Həsənov xəbər verib. Əgər layihə baş tutarsa, bu filmlər Azərbaycan kino tarixində ilk olacaq. Kino müvəqqəti olaraq "Böyük fəlakətin qısa məzmunu" adlanacaq. Filmin ssenarisini Natiq Cəfərov yazıb. Onu da qeyd edək ki, filmin çəkilişlərinin nə vaxt başlayacağı məlum deyil.

Xəbər lenti

Xəbər lenti