Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ UEFA-nın regional kubokunun finalı Bakıda keçirlə bilər.
Trend ə AFFA-dan verilən məlumata görə, assosiasiya Azərbaycana yarışmada iştirak etmək hüququ vermək xahişi ilə Avropa Futbol Birliyinə xüsusi müraciət göndərib. Turnirin qrup seçmə raundlarından biri məhz Bakıda keçirilib və AFFA bu kimi yarışmaların təşkili işində böyük təcrübəyə malikdir. Assosiasiyanın işində əsas prioritet istiqamətlərdən biri regional kubokların təşkil edilməsi imkanıdır.
UEFA hələ ki AFFA-nın xahişinə cavab verməyib. Bakının yarışmada iştirak etmək şansları yüksək qiymətləndirilir, belə ki, UEFA futbolun coğrafiyasının genişləndirilməsi tərəfdarıdır.