...

Azərbaycanın Gimnastika Federasiyasının vitse-prezidenti: " UEG-lə münasibətlərimiz yeni mərhələyə qədəm qoyub"

Cəmiyyət Materials 8 Oktyabr 2007 19:15 (UTC +04:00)
Azərbaycanın Gimnastika Federasiyasının vitse-prezidenti: " UEG-lə münasibətlərimiz yeni mərhələyə qədəm qoyub"

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Praqada Avropa Gimnastika Birliyinin Konqresi başa çatıb. Konqresdə, başda vitse-prezident Altay Həsənov olmaqla, Azərbaycan Gimnastika Federasiyasının nümayəndə heyəti iştirak edib.

Belə forumlar iki ildən bir keçirilir, sözügedən tədbir isə, Avropa Gimnastika Birliyinin 25 illiyinə həsr olunub. UEG-in prezidenti Dimitrios Dimitropulsun gimnastikanın qitədə artan rolu və gələcək inkişaf yollarına həsr olunmuş nitqindən sonra, Praqa Konservatoriyasının orkestrinin musiqili müşayiəti ilə, bu təşkilatın təməlini qoyan insanlara xüsusi diplomalar təqdim olunub. Xüsusi diplomalara layiq görülən şəxslərə UEG-in birinci prezidenti Pyer Şablo və hazırki Beynəlxalq Gimnastika Federasiyasının (FİG) rəhbəri Bruno Qrandi aiddir. Qrandi öz nitqində Şablonun xidmətlərirni xüsusilə vurğulayıb və bildirib ki, "UEG-in mövcud olduğu 25 il, həmçinin, mənim ömrümün 25 ilidir".

Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, konqresdə Həsənov UEG-in başçısına, xüsusi olaraq bu tədbir üçün toxunmuş xalça təqdim edib.

UEG-in tribunasından çıxış edən Həsənov bütün iştirakçıları bu münasibətlə təbrik edib və qeyd edib ki, yay aylarında Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı bizim təşkilatları daha da yaxınlaşdırıb.

Həsənov, həmçinin, bu çempitonatın təşkilini Azərbaycana etibar etdiyinə və çempionatın başa çatmasından sonra təşkilati işlərə verilən yüksək qiymətə görə Avropa Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib. "Bizim münasibətlərimiz tərəfdaş münasibətləri xarakteri alıb və yeni mərhələyə daxil olub" - deyə o bildirib.

Konresdə, UEG-in direktoru Manfred Kuxtun köməkliyi ilə çəkilmiş film də nümayiş olunub. Film Avropada bütün gimnastika növlərinin 25 illik inkişaf tarixindən bəhs edib.

Forum çərçivəsində UEG-in texniki komitələrinin rəhbərlərinin hesabatları dinlənilib və bu komitələrin vakant yerlərinə seçkilər baş tutub.

Konqres iştirakçıları, həmçinin, idman və bədii gimnastika üzrə Avropa gənclər çempionatının keçirilməsi imkanlarını müzakirə ediblər. Növbəti avroforum iki ildən sonra baş tutacaq.

Xəbər lenti

Xəbər lenti