Azərbaycan, Bakı / Trend müxbir Z. Səfərov/ Avropa çempionatında Rusiya yığmasına qarşı görüşdə zədə almış azərbaycan voleybolçusu Yelena Parxomenkonun sağalma müddüəti yaxın günlərdə müəyyən olacaq.
Trend in verdiyi xəbərə görə, idmançının bir həftədən də əvvəl zədə almasına baxmayaraq, yalnız dünən onun zədəli dizinin rentgen şəkilləri türk klinikalarının birinə göndərilib. Həkimlər dəqiq diaqnoz verilməsi üçün qematomanın keçməsini gözləyirdilər.
Bununla da yığmada əsasa fiqurlardan olan Parxomenko, böyük ehtimalla çempionlar Liqasının startını buraxmalı olacaq. "Azerreyl" Odinsovonun "Zareçye", Polşanın "Kalisiya" və İstatbulun "Fənərbaxça" klubları ilə bir qrupda mübarizə aparacaq.