...

Oktyabrın 16-da FİFA və UEFA prezidentləri Bakıya gələcək

Cəmiyyət Materials 16 Oktyabr 2007 12:11 (UTC +04:00)
Oktyabrın 16-da FİFA və UEFA prezidentləri Bakıya gələcək

Azərbaycan, Bakı / Trend Z.Səfərov/ Oktyabrın 16-da FİFA prezidenti Yozef Blatter və UEFA başçısı Mişel Platini Bakıya rəsmi səfərə gələcək.

AFFA-dan Trend ə verilən məlumata görə, yüksək vəzifəli qonaqların səfərində məqsəd Assosiasiyanın yeni qərərgahının açılışında iştirak etməkdir. Bina Beynəlxalq Federasiya və Futbol İttifaqının vəsaiti hesabına inşa olunub. Bununla yanaşı Y.Blatter və M.Platini, həmçinin oktyabrın 17-də Avropa-2008-in seçmə oyunları çərçivəsində T.Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan və Serbiya oyununda iştirak edəcək.

Bir neçə il bundan öncə dünya futbolunun təmsilçiləri "Şəfa" stadionunun açılışı zamanı Bakıda olublar.

Xəbər lenti

Xəbər lenti