...

Qoşunların təmas xəttinin Qazaxda yerləşən ərazisinin 15 min hektarı yandırılıb

Cəmiyyət Materials 16 Oktyabr 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fəttulayeva/ Qazax rayonu ərazisində, qoşunların təmas xəttində il ərzində 15 min hektar ərazidə yanğınlar baş verib, Trend in bölgə müxbirinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qazax rayon Mülki Müdafiə Qərargahının rəisi Azad Hümbətov bildirib. Onun sözlərinə görə, yanğınlar minalanmış ərazidə, qoşunların təmas xəttində baş verdiyindən, yanmış əraziləri ərazini dəqiq ölçmək mümkün deyil. Təqribi hesablamalara görə, yanğınlar ümumilikdə 15 min hektar ərazini əhatə edib. Hümbətov yanğınların rayon mərkəzindən 3 km məsafədə yerləşən Ağköynək, 4 km aralıda yerləşən Xanlıqlar, 20 km məsafədə yerləşən Fərəhli, 25 km məsafədəki Quşçu Ayrım, 7 km məsafədəki Cəfərli, 8 km məsafədəki Bala Cəfərli sərhəd kəndlərinin yaxınlığında baş verib. Hümbətov yanğınlar baş verən ərazilərin minalanmış olduğundan, bəzən yanğınların partlayışlarla da müşayiət olunduğunu deyib.

Paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşən Qazax rayonunda yanğınlar əsasən payız mövsümündə müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti