...

Namiq Qaraçuxurlu: "Pərəstişkarlarımız istəyirsə Aygünlə evlənə bilərik"

Cəmiyyət Materials 17 Oktyabr 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Əməkdar artist Aygün Kazımova ilə musiqili meyxananın layiqli təbliğatçısı Namiq Qaraçuxurlunun neçə vaxtdır yeni bir duet üzə çıxarmaması hər ikisinin dinləyiciləri arasında müxtəlif söz-söhbətlərin yaranmasına şərait yaradıb. Deyilənlərə görə, aralarından qara pişik keçən cütlük, restoranların birində dalaşaraq, birgə işbirliklərinə həmişəlik son qoyublar.Deyilənlərə aydınlıq gətirmək üçün suallarımızı bu dəfə N.Qaraçuxurluya ünvanladıq: "Sevinirəm ki, ağzıgöyçəklər ölüm xəbərimizi yaymırlar. Amma hansısa restoranların birində Aygün xanımla dava etməyimiz ağ yalandır. Biz çox mehriban münasibətdəyik".

TrendLife-ın "Bəs nə səbəbdən şayiələrə son qoyub, sizi gözü götürməyənlərin acığına toy çaldırmırsınız?"-sualına isə Namiq belə cavab verdi: "Pərəstişkarlarımız istəyirsə, Aygünlə evlənə bilərik.Deyəsən, toydan ikimiz də sığortalana bilməyəcəyik. Nə bilmək olar, artıq Ramazan da geridə qaldı. Ola bilər ki, yaxın günlərdə eşitdiniz ki, hansısa şadlıq saraylarının birində Aygün-Namiq cütlüyünün möhtəşəm toyu olacaq. Odur ki, hamı özünü bu xəbəri eşitməyə indidən hazırlasa, pis olmaz".

Xəbər lenti

Xəbər lenti