...

Müğənni Natəvan Həbibi adını dəyişdi

Cəmiyyət Materials 17 Oktyabr 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Xeyli müddətdir "yenilik edəcəm" açıqlamasıyla şou-sakinlərinə mesaj göndərən "W Trio" qrupunun eks solisti Natəvan Həbibi, axır ki, vədinə əməl etdi. Şəhərin yeni açılmış klublarında dostlarını başına cəm edən müğənni, "Bizim studiya"nın sifarişi ilə "Səbuhi AMD"-də istehsal olunmuş "Ulduzlar" adlı kompakt diskinə təqdimat mərasimi düzənlədi. Bəri başdan vurğulayaq ki, bu, Natəvanın ilk diskidir. Amma nədənsə, sənətçi təmtəraqsız ilk uğurunu təmtəraqsız qeyd etməkdə maraqlı oldu. "İstedadlı dostlar məkanı" kimi tanınacaq bu klubda yığışan dostlar, həm də müğənni Tunar Rəhmanoğlunun ikinci diski olan "Gül düzüm"ə tanıtım edirdilər. Yəni bir sözlə, tədbir tədbirə qarışmışdı. Natəvanın diskinin üzərində adının Nata kimi yazılması xeyli diqqətimizi çəkdi. TrendLiife-a verdiyi açıqlamasında, o, bunun normal olduğunu dilə gətirdi: "Əvvəla onu demək istəyirəm ki, bu tədbiri təqdimat mərasimi kimi qiymətləndirməyin. Bu ,sadəcə, bir dost məclisidir. Adımın Nata yazılmasında isə, heç bir qəbahət görmürəm. Təvazökarlıqdan uzaq olsa da, Nata adı artıq bir brendə çevrilib. Bir də, xəbəriniz var ki, yalnız sizə qismət olub, burada olanları işıqlandırmaq? Çünki, mediada çalışan dostlarımı çağırsaydım, yəqin burada iynə atsaydın, yerə düşməzdi. Bir az da ilk diskim barədə danışım. 16 mahnımın yer aldığı albom çox nəfis tərtibatla hazırlanıb. Diski bütünlüklə İtaliyada çəkdirdiyim "Ulduzlar" klipi üçün olan foto-şəkillər bəzəyib. Qiyməti də çox münasibdir. Hər kəs asanlıqla əldə edə bilər".

Tunar da öz diski barəsində danışdı: "Bu alboma 10 mahnı daxildir. Bilirəm ki, ən sevilən bəstələrimin yer aldığı disk, pərəstişkarlarım tərəfindən sevinclə qarşılanacaq".

Nata ilə Tunarı təbrikə gələn dostlar arasında yenə də fəallıq müğənnilər- Elnur, Kərim, Emin.N və "Şeron" qrupunun rəhbəri Rüstəmin öhdəsinə düşdü. Gecəyarısına qədər davam edən məclisi ərsəyə gətirən isə "Bizim studiya"nın direktoru Nazim Y.Məmmədov idi. Mehriban dostlar xahiş etdilər ki, bir təşəkkür borclarını məhz TrendLife vasitəsi ilə Nazim bəyə ünvanlayaq. Odur ki, mübarəkdir layihələriniz, Nazim qardaş!

Xəbər lenti

Xəbər lenti