...

Qrossmeyster Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbovla aramızda mövcud olan sağlam rəqabət bizim hər ikimizə FİDE-nin reytinq onluğunda qalmağa imkan verir"

Cəmiyyət Materials 18 Oktyabr 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend Z.Səfərov/ "Bir-birimizin sayəsində, öz aramızda rəqabət aparmaqla biz Teymur Rəcəbovla FİDE-nin birinci reytinq onluğundayıq". Bu barədə Hoqevendə (Hollandiya) keçirilən turnirdə iştirak edən azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov chesspro.ru portalına verdiyi məlumatda bildirib.

Trend in portala istinadən verdiyi məlumata görə, gənclər arasında dünya birinciliyinin ikiqat çempionu etiraf edib ki, Teymurla aralarında xoş münasibətlər mövcuddur. "Teymur Rəcəbov hazırda çox güclü oyun nümayiş etdirir, Veyk-an-Zeedə keçirilən turnirdə və digər turnirlərdə qalib olub. Mən peşəkar şahmatla çox gec məşğul olmağa başladım, mənim turnirlərdə iştirak etmək üçün pulum və sponsorum yox idi, yalnız Azərbaycanda keçirilən turninlərdə iştirak edirdim. Demək kifayətdir ki, mən 2000-ci ildə 15 yaşımda ikən birinci 2201 reytinqimi qazandım, 2001-ci ilin əvvəlində isə, 2522 bal topladım. 2003-cü ildə- 18 yaşımda isə,qrossmeyster oldum" - deyə Şəhriyar qeyd edib.

Xəbər lenti

Xəbər lenti