...

Azdrama Gürcüstanın Teatrı ilə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 20 Oktyabr 2007 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /müx. TrendLife Günel Əhmədova/

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov TrendLife-ın müxbiri ilə söhbətində bildirib ki, sənət ocağı Rustaveli adına Gürcüstan Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq edəcək.

Onun məlumatına görə, qarşıdakı aylarda teatr kollektivi Gürcüstana səfər edəcək. Səfər repernutarına "Kaş araba aşmayaydı" və "Mənim ərim dəlidir" tamaşaları daxil edilib. Bünyadov daha sonra gürcüstanlı aktyorların Bakıya səfər edəcəkləri barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti