...

Azərbaycan yığmasının fiquristləri "Skate America" turnirində çıxış edəcəklər

Cəmiyyət Materials 21 Oktyabr 2007 04:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend Z.Səfərov/ Azərbaycanın fiqurlu kankisürmə üzrə rəqs cütlüyü Kristin Freyzer və İqor Lukanin oktyabrın 25-də Ridinqdə (ABŞ) start götürəcək "Skate America" turnirində iştirak edəcəklər.

Trend in verdiyi məlumata görə, Qran-Prinin birinci mərhələsi hesab olunan yarışda üç ABŞ təmsilçisi, o cümlədən Turin-2006-nın Olimpiya mükafatçıları Tanit Belbin - Bencamin Aqoston da daxil olmaqla 10 cüd çıxış edəcək. Yarış iştirakçıları ilk olaraq təyin olunan proqramı yerinə yetirəcəklər. Bundan sonra hakimlərin mühakiməsinə orijinal rəqs təqdim edəcəklər. İştirakçılar çıxışın sonunda sərbəst proqram göstərəcəklər.

Qarşıdakı start üç qat Olimpiya çempionları Freyzer və Lukanina üçün dünya və Avropa çempionatı, həmçinin Qran-Pri mərhələsini özündə cəmləşdirən mövsümdə birinci yarış olacaq.

Xəbər lenti

Xəbər lenti