...

Dövlət Komitəsi: "Radikal şiyəlik və vəhhabilik ideyaları Azərbaycan dövlətçiliyinə qarşı yönəlib"

Cəmiyyət Materials 24 Oktyabr 2007 13:22 (UTC +04:00)
Dövlət Komitəsi: "Radikal şiyəlik və vəhhabilik ideyaları Azərbaycan dövlətçiliyinə qarşı yönəlib"

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Azərbaycanda radikal şiyəlik və vəhhabilik ideyaları Azərbaycan dövlətçiliyinə qarşı yönəlib, Trend in bölgə müxbirinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsini icra edən Səfalı Nəzərli bildirib. Onun sözlərinə görə, ölkədə dini durum nəzarətdədir və planlı işlər həyata keçirilir.

Azərbaycanda bu günə qədər 409 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçib. Onlardan 31-i qeyri-islami dini icmalardır.

Nəzərli deyib ki, bəzi dini icmalar özləri dövlət qeydiyyatından keçmək üçün müraciət etmirlər və bunda maraqlı deyillər. Azərbaycanda dini konfessiyalar arasında tolerantlıq mühiti hökm sürür. Ölkədə hər bir vətəndaşın dini etiqad azadlığı təmin olunur.

Düzgün dini maarifləndirmə işlərinin aparılmasının vacibliyini deyən Nəzərli hesab edir ki, dini maarifləndirməyə daha çox diqqət yetirilməlidir.

Xəbər lenti

Xəbər lenti