...

Üçlükdə "əjdaha"ların qalması, "Azəri Star+"-da qalmaqal yaşatdı

Cəmiyyət Materials 25 Oktyabr 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /müx. TrendLife Şahin Cavadsoy/

Qərəzsiz məlumatları ilə hər gün sizlərə maraqlı məlumatlar təqdim edən TrendLife, bu dəfə informasiya dəstəyi verdiyi "Azəri Star+" yarışmasında yaşanan qalmaqallı olaylardan sizləri hali edəcək. Müsabiqənin formatı və iştirakçıların kimlikəlri barəsində dəfələrlə məlumat verdiyimizdən, ötən günün sonuna yaxın Mahnı Teatrında baş verən hadislərin düz mətləbindən danışmaq istərdik. Tamaşaçıların göndərdikləri səslərin hesabına "toxunulmazlıq kuponu" alıb "gözləmə otağı"ndan canını xilas edən İlahə Cəfərovanın ardınca, digər iştirakçılar da ardıcıllıqla növbəti tura keçdiklərinin təsdiqi kimi səhnəyə çıxıb, öz minnətdarlıq hisslərini bölüşdülər. Hər şey çox yaxşı başladığından hesab edirdik ki, müsabiqənin bu mərhələsi də xoş anlarla yaddaşlarda qalacaq. Amma, atalar demiş, "sən saydığını say, gör SMS nə sayır". Beləliklə, yenə də ənənələr qorundu və "tozunulmazlıq kuponu" qazanmış iştirakçılar, öz zəmanət kartlarını üç finalçıya - Nicat Cəfərov, Elmir Qəhrəmanov və Sənan Əliyevə təqdim etmək üçün səhnəyə qalxdılar.Elə hər şey də bundan sonra başladı. Pərdə arxasında bir səs-küy qopdu ki, gəl görəsən.İştirakçılardan ən çox kupon qazanıb növbəti tura keçid alan Elmir Qəhrəmanovun iştirakçı kimi kupon qazana bilməməsi, digər iştirakçılar arasında birmnənalı qarşılanmadı. Vüsalə Seyidova və Yeganə Dünyamalıyeva arasında baş verən qalmaqala qısa vaxtda bütün iştirakçılar müdaxilə etdilər. Gəlinən ümumi nəticə isə zəif iştirakçıların onluqda, güclü səs imkanları ilə fərqlənən nominantların son yerlərdə olması idi. Hay-küylü açıqlamalarıyla hislərinə hakim olmayan Yeganə, uşaqların yalandan dostluq etdiklərini də açıqcasına etiraf etdi. Şüvəlan kəndinin "Meqa Star"ı titulundan olduqca məmnun olan İlahə də olub-bitənlərə biganə qalmadı. TrendLife-a açıqlamasında "bəli, mən birinciyəm, buna niyə paxıllıq etməlidirlər?"-deyib, meydanın rəqibsiz olduğunu sübuta yetirdiyini əminliklə vurğuladı. Məğlub isə, Əliyev oldu. Cəfərovu gələn SMS- lər xilas etsə də, Sənan özünü bundan sığortalaya bilmədi. Məğlub kimi gedişinə aydınlıq gətirmək istəyməyən Sənan bircə onu dedi ki, tamaşaçılar onu gözləsin. Mütləq yaxın günlərdə yenidən onların görüşünə gələcək. Beləcə, daha bir "Azəri Star+" həftəsi maraqlı anları, səs-küylü olayları ilə geridə qaldı.

Xəbər lenti

Xəbər lenti