...

Venesiya Komisiyası Azərbaycanın "Sərbəst toplaşmaq haqqında" qanununu müzakirə edəcək

Cəmiyyət Materials 25 Oktyabr 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Avropa Şurası Venesiya komisiyasının dekabrın 14-15-də Bakıda keçiriləcəlk 73-cü plenar iclasında "Sərbəst toplaşmaq haqqında" qanuna dəyişiklik edilməsi məsələsinin müzakirə olunacağı gözlənilir. Bu barədə Strasburqdan cümə axşamı telefonla Venesiya Komisiyasından bildirilib.

Ötən il Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Venesiya Komisiyasına 1998-ci ildə qəbuı edilmiş "Sərbəst toplaşmaq haqqında" qanunun qiymətləndirilməsi üçün müraciət edib. Qanunun müzakirəsi üçün görüşlər keçirilib.

Komisiya ekspertləri belə bir rəyə gəliblər ki, qanun sərbəst toplaşmaq barədə Konstitusiqf hüququ üzərində gərəksiz nəzarət həyata keçirir. Əsasən, bu, ictimai asayişin pozulması ilə bağlı bəndlərdə müşahidə olunur.

Venesiya Komisiyasında hesab edirlər ki, qanun əlavə məhdudiyyətlər müəyyənləşdirir, proporsionallıq prinsipinə kifayət qədər əməl olunmur, təhlükəsizliyin təmin olunması üçün dövlətin müdaxiləsi faktı birmənalı olaraq əks olunub.

ATƏT də Azərbaycanı "Sərbəst toplaşmaq haqqında" qanuna dəyişikliklər etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti