...

Azərbaycanda baş rekdaktorun həbsinə etiraz olaraq, bir qrup gənc ağızlarını skotçlayaraq, aksiya keçiriblər

Cəmiyyət Materials 29 Oktyabr 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ "Dalğa" Gənclər Hərakatının bir qrup üzvü bazar ertəsi "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş rekdaktoru Eynulla Fətullayevin həbsinə etiraz olaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin binası qarşısında, ağızlarını skotçlayaraq, dinc aksiya keçiriblər. Aksiyaçılar "Eynulla Fətullayevin həbsi ölkəmizi biabır edir!", "Eynulla Fətullayevə azadlıq!" şüarları ilə çıxış ediblər. Polisin müdaxiləsindən sonra aksiya dağıdılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü "Realnıy Azərbaycan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işi üzrə keçirilən məhkəmə iclasında, prokuror Fətullayev barəsində 10 il müddətinə həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Fətullayev Cinayət Məcəlləsinin terrorçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma maddələri ilə ittiham olunur. Fəttulayev, ona qarşı irəli sürülən ittihamlarla razılaşmır və həbsinin siyasi sifariş olduğunu iddia edir.

Fətullayev aperiln 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladeznin iddiası əsasında, Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Xəbər lenti

Xəbər lenti