...

"Qrinviç meridianından kənarda" beynəlxalq mükafata layiq görülüb

Cəmiyyət Materials 31 Oktyabr 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Ukraynada beynəlxalq kino festivalı sona yetdi. Festivalda "Yeni dalğa" prodüsser mərkəzində lentə alınmış, rejissor Yusif Quliyevin "Qrinviç meridianından kənarda" qısametrajlı filmi də iştirak edirdi. Rasim Həsənovun TrendLife-a verdiyi məlumata görə, bu film festivalda ən yaxşı operator işinə görə mükafata layiq görülüb. Mükafatı filmin baş operatoru Nadir Mehdiyev alıb. Film Azərbaycanda nümayiş olunmayıb. Əsas rolları Elvin Mirzəyev, Mövsüm Ağayev, Rafael İsgəndərov oynayıblar.

Xəbər lenti

Xəbər lenti