...

Namiq Qaraçuxurlu öz uşaqlarıyla nə vaxt tanış olacaq?

Cəmiyyət Materials 31 Oktyabr 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

TrendLife-ın dünən(30 oktyabr) verdiyi məlumata şəhərdə böyük ajiotaj yardıb desək, yanılmarıq. Həmin informasiyada vurğulanır ki, illərdir evli olduğunu hamıdan gizlədən meyxanaçı Namiq Qaraçuxurlu, tərəf müqabili-əməkdar artist Aygün Kazımovanı depresiyaya salıb. Daha doğrusu, özü yox, keçmiş həyat yoldaşı

Aygün Kazımova, nədənsə, bu məsələyə hələ də şərh vermək istəmir. Heç Namiq də ondan geri qalmır. Olanlara aydınlıq gətirməkdə maraqlı olan meyxanaçının prodüseri Ataş Hüseynov oldu. TrendLife-a danışan prodüser əvvəlcə məsələyə zarafat donu geyindirməyə çalışsa da, sonra həqiqəti söyləmək məcburiyyətində qaldı: "Məgər Namiqin arvadı var? Bilmirəm, o xanım kimdir, nəçidir və Namiq Qaraçuxurludan nə istəyir? Amma namiqsevərləri belə söz-söhbətlərə inanmamağa çağırıram.Xüsusilə xanım pərəstişkarlar tam əmin olsunlar ki, Namiq subaydır. Hələ evlənmək fikri yoxdur".

"Həmin xanım iddia edir ki, Namiq onun yanına qayıtmasa, hər şeyi çılpaqlığıyla danışmaq üçün media önünə çıxacaq"-sualına isə Ataş Hüseynov, belə cavab verdi: "Çox istərdik ki, onu tanıyaq. Doğrudan da cəsarətli xanımdırsa, çıxsın meydana. Namiq də öz uşaqlarıyla tanış olar".

Xəbər lenti

Xəbər lenti