...

Azərbaycanlı kinoprodüser Rasim Həsənov "Qızıl portağal" festivalında iştirak edib

Cəmiyyət Materials 1 Noyabr 2007 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/ "Yeni dalğa" mərkəzinin rəhbəri, kinoprodüser Rasim Həsənov Türkiyədə keçirilən "Qızıl portağal" festivalında iştirak edib. Tədbir çərçivəsində həmçinin prodüserlər üçün treninqlər keçirilib. Bu haqda TrendLife-a Rasim Həsənov özü xəbər verib: "Bu festivala dünyanın müxtəlif ölkələrindən 350 prodüser qatılmışdı. Keçirilən treninqlər həqiqətən çox maraqlı idi. Mən orda bir neçə xarici prodüserlə əlaqə yaratdım. "Yeni dalğa"nın bir neçə layihəsini onlara təqdim etdik. Bəziləri hətta həmin layihələrlə yaxından maraqlandı. Lakin əvvəlcədən nəsə demək hələ tezdir. Ümid edirəm ki, layihələrdən hansısa birini xaricilər maliyyələşdirəcək".

Xəbər lenti

Xəbər lenti