...

Əməkdar artist Murad Hüseynov: "Fransız skripkaçı Jülyen Şovan bizim birgə konsertimizi maraqlı təcrübə adlandırıb"

Cəmiyyət Materials 8 Noyabr 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/ Bu gün Filarmoniyada kamera musiqisindən ibarət konsert keçiriləcək. Azərbaycan və Fransa ifaçılarının birgə tədbirində ölkəmizi əməkdar artist, pianoçu Murad Hüseynov, violençel ustası Aleksandr Miltix, Fransanı isə skripkaçı Jülyen Şovan təmsil edəcək. Bu barədə TrendLife-a Murad Hüseynov məlumat verib: "Bu gecə biz Azərbaycan, rus, fransız bəstəkarlarının əsərlərini ifa edəcəyik. Onu söyləyim ki, mən Fransada aspirantura bitirmişəm. Bir neçə dəfə fransız musiqiçiləri ilə ifa etmişəm. Lakin Azərbaycanda ilk dəfədir, konsert proqrammı ilə çıxış edirəm. Etiraf edim ki, istedadlı xarici musqiçilərlə eyni səhnəni bölüşmək olduqca maraqlıdır. Yeri gəlmişkən, Jülyen Şovan mənimlə söhbətində bildirdi ki, bizim birgə konsertimiz maraqlı təcrübədir".

Xəbər lenti

Xəbər lenti