...

Nazir: "Azərbaycanın təhsil sisteminə investisiya xərcləri iki dəfə artacaq" (video)

Cəmiyyət Materials 10 Noyabr 2007 13:00 (UTC +04:00)
Nazir: "Azərbaycanın təhsil sisteminə investisiya xərcləri iki dəfə artacaq" (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın təhsil sisteminə investisiya xərcləri artırılacaq. Təhsil naziri Misir Mərdanov şənbə günü Trend ə bildirib ki, gələn il təhsilə 240 mln. manat həcmində investisiya xərcləri nəzərdə tutulur, bu isə, 2007-ci illə müqayisədə, 2 dəfə çoxdur.

Bu il təhsilin inkişafına ayrılan investisiya xərcləri 106 mln. manat olub.

Mərdanov bildirib ki, gələn il Azərbaycanın təhsil sisteminə, ümumilikdə, 1 mlrd. manatdan çox vəsait ayrılacaq. Nazirin sözlərinə görə, təhsilə ayrılan investisiya bütünlüklə yerli investorların hesabına həyata keçiriləcək və əsasən, orta məktəblərin tikintisinə və təmirinə sərf olunacaq.

Xəbər lenti

Xəbər lenti