...

Zaur Baxşəliyev: "Türkiyəli müğənni İzzət Yıldızhanın başında yumurta sındırmaq arzusu ürəyimdə qaldı"

Cəmiyyət Materials 10 Noyabr 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /müxbir TrendLife Fəridə Məhərrəmqızı/

Bir neçə gün öncə "Yağ kimi" şou-verilişinin növbəti çəkilişləri üçün Türkiyəyə gedən teleaparıcı Zaur Baxşəliyev Bakıya qayıdandan sonra təəssüratlarını eksklüziv olaraq TrendLife-la bölüşüb: "Türkiyədə bir neçə şəhərdə olduq. Həqiqətən də gözəl yerlərdir. "Yağ kimi" verilişinin çəklişlərini türk müğənnisi İzzət Yıldızhanın, Türkiyədə yaşayan azəri sənətçilər Günelin və Əlixan Səmədovun evində apardıq. Müşərrəf Akayla görüşmək istəyimiz sə, baş tutmadı. Azərbaycan müğənnilərindən fərqli olaraq, bizə Türkiyədəki sənətçilərlə çəkiliş aparmaq çox çətin oldu. Buna görə onlara az qala yalvarmalı olduq" - deyə teleaparıcı bildirib.

Baxşəliyevin sözlərinə görə, "Yağ kimi"nin bu dəfəki buraxılışı, əvvəlkilərlə müqayisədə, ciddiliyilə fərqlənəcək: "Çünki oradakı sənətçilər bizi yaxşı tanımadığından, onlarla zarafatlarımızı düzgün başa düşməzdilər. Ona görə də verilişin formatında dəyişiklik etməli olduq".

Xəbər lenti

Xəbər lenti