...

Azərbaycanın şimal bölgəsində nikahlıların 20 faizi boşanır

Cəmiyyət Materials 20 Noyabr 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycanın şimal bölgəsində boşanmaların sayı təqribən azalıb. Dövlət Statistika Komitəsindən çərşənbə axşamı bildiriblər ki, şimal bölgəsinə daxil olan Quba, Qusar, Xaçmaz, Dəvəçi və Siyəzən rayonlarında yanvar-oktyabr aylarında boşanma 2 faiz azalıb. Hesabat dövründə qeydə alınan 832 nikahdan 136-sı uğursuz olub. Ən çox boşanma halı Xaçmaz rayonundadır. Xaçmazda qeydə alınan 207 nikahdan 41-i boşanma ilə nəticələnib ki, bu da təqribən 20 faiz təşkil edir. Boşanmalara səbəb kimi valideynlərin müdaxiləsi, sonsuzluq, əksər hallarda kişilərin Rusiya və xarici dövlətlərdə ailə qurmaları göstərilir.

Xəbər lenti

Xəbər lenti