...

Bəzi komandaların məğlub olmasının səbəbi qızlar deyil - gametv.az prodüser mərkəzinin rəhbəri Balaş Qasımov

Cəmiyyət Materials 20 Noyabr 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Dekabrın 7-də "Nə? Harada? Nə zaman?" oyununun qış mərhələsi başlayacaq. Oyunda yaz və payız mərhələsinin qalibləri Cəlal Orucov və Teymur Hacıyevin komandalarından olan iştirakçılar çıxış edəcək. Üçüncü komanda isə qadınlardan ibarət yığma komanda olacaq. Bu komandada iştirak edən qadınların siyahısını sizin nəzərinizə çatdırmaq istəyirik. Beləliklə, Əsmər Daşdəmirova, Günel Babayeva, Lalə Mirzəxanova, Ülviyyə Abdullayeva, Yelena Zaxarova. Komandanın kapitanı Cəmilə Əzizovadır. Bu komandanın yaranması ilə bağlı TrendLife gametv.az prodüser mərkəzinin rəhbəri Balaş Qasımova müraciət edib.

"Bilirsiniz, klubda cəmi altı komanda fəaliyyət göstərir. Bunlardan yalnız ikisinin tərkibində qadınlar yoxdur. Düşünürəm ki, komandada qadınların olması tamaşaçıların marağına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti