...

Müğənni Xatun: "Azərbaycanda bu qədər müsabiqələrin keçirilməsinin əleyhinəyəm"

Cəmiyyət Materials 20 Noyabr 2007 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/ Yerli şou-biznes aləmində günü-gündən yeni adlar, yeni simalar görünür. Onlardan biri də gənc müğənni Xatundur. TrendLife-a açıqlamasında o, şou-biznesə gəlməyini yenilik saydığını bildirib: "Mən sənətə gəlməyimlə artıq yenilik etmişəm. Bu yenilik səs tembirim, oxuduğum mahnılardır. İmicim də başqalarının imicindən fərqlidir. İki il müddətində bir disk və üç klip hazırlamışam. İndi Azər Nəsibovun "Qara nöqtə" mahnısına klip çəkdirirəm. Klipi rejissor Zöhrab Ağayev ekranlaşdıracaq".

Xatunun sözlərinə görə, bütün bu işlərdə ona qardaşı Balaş kömək edir. "Mənim prodüserim, sponsorum qardaşım Balaşdır. Bəziləri prodüser sözünün mənasını bilmirlər. Prodüser müğənninin saç düzümündən tutmuş geyiminə kimi hər şeyə fikir verməlidir. Qardaşım mənə bu işlərdə çox kömək edir" - deyə Xatun əlavə edib.

Müğənni Azərbaycanda çoxsaylı mahnı müsabiqələrinin keçirilməsinin əleyhinədir: "Müsabiqələrdə iştirak edən istedadlı gənclər istedadlıdırlarsa, qoy özlərini şou-biznes məkanında sınasınlar".

Xəbər lenti

Xəbər lenti