...

Azərbaycanda radikal dini təriqətlərin fəaliyyətinin qarşısının alınması üçün maarifləndirmə işi gücləndirilməlidir - dinşünas alim

Cəmiyyət Materials 29 Noyabr 2007 12:25 (UTC +04:00)
Azərbaycanda radikal dini təriqətlərin fəaliyyətinin qarşısının alınması üçün maarifləndirmə işi gücləndirilməlidir - dinşünas alim

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanın dinşünas alimləri ölkədə radikal dini təriqətlərin fəaliyyətindən narahatdır. "Azərbaycanda radikal vəhabilərin, o cümlədən digər radikal dini təriqətlərin qanunsuz fəaliyyətinin qarşısının alınması üçün islam dininin təbliğatı genişləndirilməlidir" cümə axşamı Trend ə dinşünas alim, Bakı Dövlət Universitetinin "İlahiyyat" fakültəsinin dekanı Vasim Məmmədəliyev bildirib.

Sentyabrın sonlarında bir qrup radikal vəhabilər əlbir olaraq cinayət törədiblər. Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə Kamran Əsədov 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edib. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayəti bir qrup şəxslə törədib. Əsədov və qrupun digər üzvləri silah-sursatın və hərbi ləvazimatın bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. MTN tərəfindən oktyabr ayının 27-də Bakının Maştağa qəsəbəsi, Bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Azərbaycanın hüquq-mühafizə orqanlarına radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub və bunun qarşısı alınıb.

Məmmədəliyev deyib ki, maarifləndirmə işi istənilən formada olmadığından, Azərbaycanda radikal vəhabilər fəaliyyət dairəsini genişləndirirlər. Onun sözlərinə görə, maarifləndirmə işinin gücləndirilməsi üçün telekanalların hamısında dini verilişlər yayımlanmalıdır. Orta məktəblərdə islam dininin tədrisi genişləndirilməlidir.

Xəbər lenti

Xəbər lenti